Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:04

Mərkəzi Avropada leysandan 4 nəfər ölüb


Mərkəzi Avropa ölkələrində son onilliklərin ən güclü leysanlarıdır. Günlərlə yağan yağışlar davam edir.

Leysanların ən çox ziyan vurduğu Avstriya, Almaniya, İsveçrə, Çexiya və Polşada 4 nəfər ölüb, minlərlə adam evakuasiya olunub.

Almaniyanın Passau şəhərindəki vəziyyəti yerli rəsmilər dramatik adlandırır. Praqada məktəblər bağlanıb, metro işləmir, yanğınsöndürənlər şəhərin tarixi mərkəzini seldən qorumaq üçün sədlər qurur. Praqa zooparkının bir hissəsi köçürülüb. Avstriyada Danube çayı boyunca regionlarda fövqəladə vəziyyət elan olunub.

Hava proqnozlarına görə, yaxın günlərdə yağışlar zəifləməlidir.
XS
SM
MD
LG