Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:34

Havanın temperaturu 33 dərəcəyə yüksələcək


İyunun 4-də Azərbaycanın bəzi yerlərində havanın temperaturu 33 dərəcəyə yüksələcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, iyunun 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 15-20, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun hərarəti 19-21 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində də iyunun 4-də hava əsasən yağmursuz olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 16-21, gündüz 28-33 dərəcə isti təşkil edəcək. Dağlarda gecə 8-13, gündüz 18-23, bəzi yerlərdə 25 dərəcə isti olacağı gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG