Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:18

«Böyük adın işığında şəfa verən tibb ocağı»


Zərifə Əliyeva Heydər Əliyevlə birlikdə

Zərifə Əliyeva Heydər Əliyevlə birlikdə

-
Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən bezmisənsə, «Şərq qapısı» qəzetini oxu!

Şərq qapısı 30 may 2013

…Orta əsrlərdə dövrünün görkəmli tibb alimləri olmuş şəxslərin yaşadıqları mənzillərin və yaxud məzarlarının sonrakı tarixi dövrlərdə müqəddəs ocaq və ziyarətgahlara çevrilməsi ilə bağlı təkcə ölkəmizdə onlarla fakt mövcuddur.
…İnsan kimi həyat yoluna, tibb sahəsi mütəxəssisi kimi peşə fəaliyyətinə, alim kimi elmi əsərlərinə dərin bələd olan insanların – Zərifə xanım Əliyevanın müasirlərinin də bu gözəl insanı xarakterizə edərkən önə çəkdikləri ən mühüm cəhətlərdən biri budur. Onun davranışı, mehribanlığı çalışdığı tibb ocaqlarına üz tutan xəstələr üçün bir müalicə olub. Elə bu səbəbdəndir ki, bu gün ölkəmizin bir neçə ən böyük şəfa ocaqları, tibbi elmi-tədqiqat mərkəzləri məhz görkəmli alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyır. Bu məkanlar içərisində isə Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının xüsusi yeri var.
…Binanın açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsən iştirak etməsini və Naxçıvanda həyata keçirilən işləri yüksək səviyyədə qiymətləndirməsini, bu səhiyyə ocağının kollektivi ilə səmimi söhbətini poliklinikanın kollektivi indi xoş xatirə kimi xatırlayır.
DAŞINMAZ ƏMLAKIN İCBARİ SIĞORTASI ETİBARLI GƏLƏCƏYİN QARANTIDIR
Sığorta hadisələri zamanı vətəndaşların daşınmaz əmlakına dəymiş zərərlərin sığorta ödənişləri vasitəsilə aradan qaldırılması dövlətin diqqət mərkəzindədir. Bu məsələdə də sosial müdafiə prinsipləri ön planda tutulmaqdadır. Belə ki, Naxçıvan şəhərində yaşayan vətəndaşlar öz daşınmaz əmlaklarını 40 manat sığorta haqqı ödəməklə 20 min manata, muxtar respublikanın rayonlarında yaşayan vətəndaşlar isə 30 manat sığorta haqqı ödəməklə 15 min manat məbləğində sığortalaya bilərlər. Qeyd edək ki, sığortanın bu məbləği minimum məbləğ kimi müəyyən edilmişdir. Yəni məbləğdən artıq qiymətləndirilə bilən daşınmaz əmlak onun sahibi ilə razılaşdırılmış müqaviləyə əsasən, daha artıq məbləğə sığortalana bilər.
Göründüyü kimi, daşınmaz əmlakın icbari sığortası ilə bağlı məsələlər qanunla çox dəqiq şəkildə tənzimlənmişdir. Vətəndaşların sosial müdafiəsini düzgün təşkil etmək üçün sığorta hadisəsi hesab olunmayan digər hallar da qanunda dəqiq göstərilmişdir. Belə ki, qanunun tələbinə görə, sökülməsi barədə dövlət və yerli özünüidarəetmə orqanlarının qərar verdiyi, tikintisi başa çatmayan, yəni yarımçıq tikililər, qəzalı vəziyyətdə olan və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə icazə verilməyən yerlərdə qanunsuz tikilmiş daşınmaz əmlak icbari sığortaya cəlb olunmur.
Sığorta hadisələri baş verdiyi zaman sığorta etdirənin müqavilədə göstərilən mənafelərinin təmini baxımından bütün bunları vətəndaşların bilməsi çox zəruridir. Daşınmaz əmlakın icbari sığortası zamanı yalnız sığorta müqaviləsində göstərilən sığorta hadisələri və sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə baş verən hadisələr üçün sığorta təminatı verilir.
XS
SM
MD
LG