Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:08

Buraxılış imtahanlarının nəticələri yaxın günlərdə elan ediləcək




Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 2-də Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda orta ümumtəhsil müəssisələrinin IX və XI siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, həmin gün eyni zamanda Gəncə, Mingəçevir, Lənkəran şəhərlərində, Quba, Qusar, Balakən, Xaçmaz, Zaqatala rayonlarında rus bölməsi üzrə buraxılış siniflərində təhsil alan şagirdlər də buraxılış imtahanı veriblər. Bütün binalarda imtahanlar təlimata uyğun şəkildə keçirilib, şagirdlərə öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır. İlkin məlumatlara əsasən, imtahan prosesində bəzi şagirdlər müxtəlif qayda pozuntularına yol verdiklərinə, o cümlədən mobil telefonla imtahan binasına keçməyə cəhd, imtahanın gedişinə mane olma və köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric edilmiş və nəticələri ləğv olunub. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.
XS
SM
MD
LG