Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:29
Ermənistanın Sünik vilayətinin qubernatoru Suren Xaçatryanın evi ətrafında baş verən atışmada 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Armenia today portalının məlumatına görə hadisə bu gün səhər saat 10 radələrində baş verib.
Ölən Gorus merliyinə keçmiş namizəd Avetik (Avo) Budagyandır.
Yaralananlardan biri onun polkovnik qardaşı Artak Budagyan, digəri isə qubernator Khacaturyanın qohumu və cangüdəni Nikolai Abraamyandır.
Polkovnik Budagyan Dağlıq Qarabağdakı N saylı hərbi hissənin komandiridir.
Onun ağır vəziyyətdə olduğu bildirilir.
Faktla bağlı cinayət işi açılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG