Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:11
-
İyunun 2-də orta ümumtəhsil müəssisələri üzrə ilk buraxılış imtahanları keçirir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından “Trend”ə verilən məlumata görə, IX və XI siniflər üçün ilk buraxılış imtahanı Bakıda, Sumqayıtda və Abşeronda keçirilir.
Eyni gündə Lənkəran, Gəncə, Quba, Qusar, Balakən, Xaçmaz, Zaqatala, Mingəçevir rayonlarının rus bölməsi şagirdləri də buraxılış imtahan verirlər.

Bakı şəhərində 32479, Sumqayıt şəhərində 4390, Abşeron rayonunda isə 2924 nəfər IX sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.

İmtahanın idarə edilməsi üçün 333 imtahan rəhbəri, 3353 nəzarətçi-müəllim ayrılıb.

XI sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün Bakıda, Sumqayıtda və Abşeronda ümumilikdə 79 imtahan mərkəzi ayrılıb.İmtahan Bakı şəhərində 66, Sumqayıtda 7, Abşeron rayonunda isə 6 binada aparılır.
Bakı şəhərində 23145, Sumqayıt şəhərində 3369, Abşeron rayonunda isə 1665 nəfər şagirdin imtahanda iştirakı nəzərdə tutulur. İmtahanın idarə edilməsi üçün 333 imtahan rəhbəri, 2488 nəzarətçi-müəllim ayrılıb.

Lənkəran, Gəncə, Quba, Qusar, Balakən, Xaçmaz, Zaqatala və Mingəçevir rayonlarında rus bölməsi üzrə buraxılış sinfində təhsil alan 1727 nəfər IX sinif şagirdi, 1472 nəfər isə XI sinif şagirdi imtahan verir.

Buraxılış imtahanı ana dili və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər.

İmtahanın müddəti 2 saatdır. Yazı işi balla qiymətləndirilmir. Cavablar haqqında məlumat imtahan verildiyi vaxtdan 5 gün ərzində elan edilir. Şagirdin 5 ballıq şkala üzrə imtahan qiymətləri bütün respublikada buraxılış imtahanları bitdikdən etibarən 10 günədək müddətdə elan edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG