Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:04

Bakıda yaşayan türklər də etiraz aksiyası keçirib


Foto arxiv
Foto arxiv
Bakıda yaşayan bir qrup Türkiyə vətəndaşı bu gün İstanbulun Taksim meydanında baş verənlərə etiraz olaraq Fəvvarələr Meydanında aksiya keçirib.

APA-nın məlumatına görə, aksiyada təxminən 50-60 nəfər iştirak edib.
Onlar “Taksimə azadlıq” şüarları səsləndirib.
Aksiya təxminən 40 dəqiqə davam edib və əraziyə polis gəldikdən sonra iştirakçılar dağılışıb.

5-ci gündür ki, İstanbuldakı Taksim parkının yerində ticarət mərkəzi tikintisinə etiraz olaraq aksiyalar keçirilir.
Aksiyaçılar baş nazir Rajap Tayyep Erdoganın istefasını da tələb edib.

Məlumatlara görə etirazlar Türkiyənin digər şəhərlərinə də yayılıb.
XS
SM
MD
LG