Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:21

Qırğızıstan hakimiyyəti müxalifətlə danışıqlar aparır


Qırğızıstanda etiraz aksiyası
Qırğızıstanda etiraz aksiyası
Qırğızıstan hakimiyyəti ölkənin cənubundakı Calalabad şəhərində müxalifət tərəfdarlarını etiraz aksiyasını dayandırmağa çağırıb.
Nümayişçilər vilayət rəhbərliyinin binasını zəbt ediblər.

İnterfaksın məlumatına görə, hakimiyyət və müxalifət nümayəndələri arasında danışıqlar gedir.

Müxalifət “Ata yurd” partiyasından olan deputatlar Kamchybek Tashiev, Sadyr Japarov və Talant Mamytovun azad edilməsini tələb edirlər.
Bundan başqa müxalifət “Kumtor” qızıl mədəninin milliləşdirilməsi və İsık-Kul vilayətində baş verən hərc-mərclik zamanı saxlananların buraxılmasını tələb edir.

Müxalifət liderlərindən biri Usenov aksiyaçıların hakimiyyət tərəfdən hücuma hazır olduqlarını deyir.

Bu həftə İsık-Kul vilayətində “Kumtor” qızıl mədəninin milliləşdirilməsi və yerli sakinlərə sosial imtiyazların artırılması tələbi ilə kütləvi nümayiş keçirilib.
Qızıl mədənin kanadalı səhmdarlar rəhbərlik edir.
XS
SM
MD
LG