Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:54
NATO ölkələri Əfqanısyandan ordunun çıxarılmasını müzakirə etmək üçün gələn il sammit keçirməyi planlaşdırır.

Bunu ABŞ prezidenti Barack Obama dünən Vaşinqtonda NATO-nun baş katibi Anders Fogh Rasmussenlə görüşdən sonra bəyan edib.
Obama bildirib ki, görüşdə koalisiya qüvvələri gələn il Əfqanıstanı tərk etdikdən sonra atılacaq mümkün addımlar müzakirə olunub.

Rasmussen isə 2015-ci ildə Əfqanıstanda təlim missiyası yaradılacağını bildirib.

Sammitin yeri və vaxtı hələlik dəqiqləşdirilməyib.
Rasmussen deyib ki, sammitdə əsas diqqət NATO Əfqanıstandan çıxan kimi onun missiyasına yönəldiləcək.

Əfqanıstandakı beynəlxalq qüvvələr gələn ilin sonunadək bu ölkədən çıxarılacaq.
Hazırda bu ölkdə 62 min ABŞ və 34 min NATO əsgəri var.

Günün bütün mövzuları

XS
SM
MD
LG