Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:28

Məzahir Pənahov 1.5 milyon seçicini «itirib».


Əli Ömərov
Əli Ömərov
-
«SƏNİ İSGƏNDƏR HƏMİDOVDAN DA PİS VƏZİYYƏTƏ SALARIQ»

«Azadlıq» qəzeti keçmiş baş prokuror Əli Ömərovun işgəncə ilə hədələndiyini yazır. Qəzet sabiq baş prokurorun özünün bu barədə məlumat verdiyini bildirir.

«Dünən saat 19 radələrində zəng gəldi… Zəng edən özünü Daxili İşlər Nazirliyinin polkovniki kimi təqdim etdi. Soruşdu ki, Əli Ömərovsan? Dedim ki, bəli, qardaş. O isə cavabında başladı məni təhqir etməyə. Dedi səni xəbərdar edirəm. Səni İsgəndər Həmidovdan da pis vəziyyətə salarıq. Başına torba salıb, aparıb işgəncə verərik… Soruşdum, nəyə görə? Dedi, sən gedib Novxanıda o alçaqlarla bir yerdə olmusan. Əl çək bunlardan. Mən də dedim sən polis polkovnikinə yox, quldura oxşayırsan…».

NƏHƏNGLƏRİN BÜDCƏ BORCLARI

«Yeni Müsavat» böyük şirkətlərin büdcəyə 1.5 milyard borclu olduğunu yazır. Qəzet «Azərenerji», AzAL, «Azərsu», Xəzər Dəniz Gəmiçilik, Dövlət Dəmir Yolları, Rabitə Nazirliyinin müəssisələrinin adını çəkir.

Qeyd olunur ki, onların borcları Nazirlər Kabinetinin borcların silinməsi haqda qərarı sayəsində azalıb:

«Ümumilikdə son 5 il ərzində 6 iri dövlət vergiödəyicisinin dövlət büdcəsinə ödədiyi vergilər 940.5 milyon manat olduğu halda, bu şirkətlər büdcədən 2.2 milyard manat investisiya yatırımları alıblar».

Eldar Namazov və Rüstəm İbrahimbəyov
Eldar Namazov və Rüstəm İbrahimbəyov
«MİLLİ ŞURA» YARADANLAR MİLLİKDƏN UZAQDIRLARSA...

«Azərbaycan» qəzeti yazır ki, ««Milli Şura» yaradanlar millilikdən uzaqdırlarsa, onlar hansı etimadı qazanacaqlar»:

«Destruktiv müxalifət düşərgəsində son günlər yaşananlara nəzər yetirsək, burda təmsil olunanları qurumlar və qruplar yaratmaq həvəskarları adlandırmaq olar. Bir-birindən forma və məzmunca o qədər də fərqlənməyən təşkilatlar yaratmaq, sonda isə iflasa uğramaq sanki dağıdıcı müxalifətin məramnaməsinə yazılıb... Bir məsələ gün kimi aydındır: «Milli Şura» yaratmaq istəyənlər millilikdən çox uzaq olduqları üçün xalq tərəfindən təpki ilə qarşılanacaqlar».

MÜDAFİƏ NAZİRİ ÖLƏN ƏSGƏRİN VALİDEYNLƏRİNƏ «QARŞINIZDA DİZ ÇÖKÜRƏM» DEDİ

«Ayna» qəzeti mülki-vətəndaş, hərbi və siyasi intiharlardan yazır:

«Rəsmi hesablamalar göstərir ki, əhalinin hər 100 min nəfərinə düşən intiharların sayına görə Azərbaycan dünyanın «qabaqcıl ölkələrindən geridədir»».
Qəzet bu arada hərbi intiharlara toxunur. Ermənistandan nümunə gətirir və hərbçi yoldaşının öldürdüyü bir əsgər
Ermənistanda ölən əsgərin qohumlarının etiraz aksiyhası - 18 may 2013
Ermənistanda ölən əsgərin qohumlarının etiraz aksiyhası - 18 may 2013
ölümünə bu ölkədə göstərilən münasibəti diqqətə çəkir:

«Ara qarışdı da, sakitləşdi də. Mənimsə diqqətimi başqa bir şey cəlb etdi. Ermənistanın müdafiə naziri ölən gəncin qohumlarının üzünə çıxdı, günahkarları ilkin cəzasına çatdırdı, əsgərin valideynlərinə «qarşınızda diz çökürəm» dedi, dəfn mərasiminə qatıldı, meyitin sifətindən öpdü və çiynini tabutun altına verdi. Allah eləsin , bizdə buna ehtiyac yaranmasın...».

LATVİYA MÜDAFİƏ NAZİRİNİN QARABAĞLA BAĞLI DEDİKLƏRİ

«Azərbaycan, Gürcüstan və Ermənistan Cənubi Qafqazın mehriban dövlətlərə çevrildikləri halda münaqişəni sülh yolu ilə həll etmək olar».

Bunu «Zerkalo» qəzetinə müsahibəsində Latviyanın müdafiə naziri Artis Pabriks deyib:

«Amma biz baxırıq ki, burda vəziyyət həddən artıq uzağa gedib çıxıb, yeganə cavabı Bakı və Yerevanda axtarmaq lazımdır. Heç kim ümid edə bilməz ki, hansısa başqa birisi bu münaqişəni həll edəcək...».
Məzahir Pənahov
Məzahir Pənahov

MİLYON YARIM SEÇİCİ İTİB?

«Bizim yol» yazır ki, MSK sədri «Məzahir Pənahov 1.5 milyon seçicini «itirib». Qəzet MSK-nın son toplantısında Ümid Partiyasının nümayəndəsinin çıxışını dərc edib:

«MSK üzvünün dediyinə görə, Dövlət Statistika Komitəsinin açıqlamasında əhalinin sayı 9 milyon 356 mindən artıqdır ki, bunun da 6 milyon 467 min nəfərdən artığı 20 yaş və ondan yuxarı əhalini təşkil edir. MSK-nın açıqlamasına görə isə, seçicilərin sayı 4 milyon 986 mindir. Ortada milyon yarım fərq var. Bu ciddi bir rəqəmdir...».

AZƏRBAYCAN-ABŞ MÜNASİBƏTLƏRİNİN YENİ MƏRHƏLƏSİ

«Yeni Azərbaycan» qəzeti «ABŞ-Azərbaycan münasibətlərinin yeni inkişaf mərhələsi»ndən yazır.

Qəzetə görə, ABŞ-Azərbaycan əlaqələri regional və beynəlxalq təhlükəsizliyə strateji töhfədir. Demokratlar və Respublikaçılar Azərbaycan-ABŞ münasibətləri məsələsində vahid mövqedən çıxış edirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG