Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:26

Saakashvilinin dövlət puluna üzünə kosmetik əməliyyat etdirdiyi iddia olunur


Gürcüstanın prezidenti Mikheil Saakashvili

Gürcüstanın prezidenti Mikheil Saakashvili


Gürcüstanın baş prokurorluğu bildirir ki, dövlət vəsaitinin düzgün istifadə olunmaması ittihamı ilə bağlı prezident Mikheil Saakashvili dindirilə bilər.

Prokurorluğun sözçüsü Khatuna Paichadze televiziya ilə yayılan bəyanatında bildirir ki, Saakashvilinin 11 000 dollar büdcə vəsaitini 2009 və 2011-ci illərdə Nyu Yorkda Botox kosmetik əməliyyatına xərcləməsi ittihamları ilə bağlı istintaq başlanıb.

Paichadze deyib ki, Saakashvilinin 6 000 funt sterlinq (9 000 dollar) dövlət pulunu bir amerikalı aktrisanın portretinə verməsi haqda da ittihamlar var, istintaq onu da araşdırır.

Keçən ilin payızında keçirilən parlament seçkisində prezident Mikheil Saakashvilinin partiyası uduzub. Qalib gələn müxalifət koalisiyası hakimiyyəti formalaşdıran kimi prezidentin tərəfdarlarına qarşı istintaq işləri və təqiblər başlayıb.

Saakashvili özü bu təqibləri siyasi qisasçılıq adlandırır.

Şərhləri göstər

XS
SM
MD
LG