Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:51

İstanbulda Erdogan siyasəti əleyhinə nümayişi dağıdıblar


İstanbulda Taksim meydanında polis gözyaşardıcı qazla nümayişçiləri dağıdıb. 20-dək adam yaralanıb. Nümayişçilər 5 gün idi ki, tikinti layihəsinə etiraz edirdi. Bu layihə Taksim meydanı boyu parkı dağıdıb, yerində ticarət mərkəzi tikməyi nəzərdə tutur.

Taksim ənənəvi olaraq siyasi tədbirlərin, nümayişlərin keçirildiyi yerdir.
Nümayişçilərin tikinti əleyhinə etirazı çox keçmədən baş nazir Erdoganın siyasəti əleyhinə etiraza çevrildi.

Polis gözyaşardıcı qazla nümayişi dağıdanda nümayişçilər qaçıb yaxınlıqdakı divara çıxmaq istəyiblər, ancaq divar uçub və nümayişçilər arasında bir neçə nəfərin sümükləri sınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG