Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:18

Polad Bülbüloğlu: Hər məsələni danışıqlar yolu ilə həll edə bilərik


Polad Bülbüloğlu
Polad Bülbüloğlu
-
«Azərbaycanın Rusiya əlaqələri strateji müttəfiqlik səviyyəsindədir».

Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu AzadlıqRadiosunun müxbirinin sualını cavablandırarkən bildirib. O deyib ki, istənilən qonşu ölkələr arasında problem yarana bilər:

«Bunun milli maraqların toqquşması səviyyəsində də baş verməsi mümkündür. Lakin Rusiya ilə Azərbaycan hər zaman istənilən problemi müzakirə edə bilər. Öz mövqelərimizi açıqlaya, hər məsələni danışıqlar yolu ilə həll edə bilərik».

Səfir Rusiya-Azərbaycan münasibətlərinin gərgin olması haqda deyilənlərə də münasibətini bildirib. O, bu münasibətlərdə problem axtarmağın düzgün olmadığını deyib:

«Məsələn, Bakı-Novorossiysk neft kəmərinin istismarının dayandırılması məsələsi 10 ildən çoxdur ki, müzakirə olunurdu. Rusiya deyirdi ki, Azərbaycan bu neft kəməri ilə az həcmdə neft ixrac edir. Rəsmi Bakı isə bildirirdi ki, Rusiya bu neft kəmərinə öz neftini əlavə etdiyindən Azərbaycan neftinin qiyməti aşağı düşür. Azərbaycan tərəfi də ona sərf etmədiyinə görə sözügedən kəmərə nəzərdə tutulduğundan az həcmdə neft vururdu. Sonda bu layihə hər iki ölkə üçün iqtisadi cəhətdən rentabelli olmadı və nəticədə kəmərin fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul edildi. İnanıram ki, mütəxəssislərin iştirakı ilə bu məsələ də öz həllini tapacaq. Yəqin ki, bu neft kəməri də fəaliyyətsiz qalmayacaq».
XS
SM
MD
LG