Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 01:09

Prokurorluq Saakashvilinin dövlət pulunu kosmetik əməliyyata xərcləməsini araşdırır


Gürcüstanın baş prokurorluğu bildirir ki, dövlət vəsaitinin düzgün istifadə olunmaması ittihamı ilə bağlı prezident Saakashvili dindirilə bilər.

Prokurorluğun sözçüsü Khatuna Paichadze televiziya ilə yayılan bəyanatında bildirir ki, Saakashvilinin 11000 dollar büdcə vəsaitini 2009 və 2011-ci illərdə Nyu Yorkda Botox kosmetik əməliyyatına xərcləməsi ittihamları ilə bağlı istintaq başlanıb.

Paichadze deyib ki, Saakashvilinin 6000 funt sterlinq (9000 dollar) dövlət pulunu bir amerikalı aktrisanın portretinə verməsi haqda da ittihamlar var, istintaq onu da araşdırır.
XS
SM
MD
LG