Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:36

Tibbi əsassız qeysəriyyə əməliyyatına görə cərimələr müəyyənləşdi



«Tibbi əsaslar olmadan qeysəriyyə əməliyyatı aparılmasına görə, vəzifəli şəxslər 500 manatdan 7 min manatadək, hüquqi şəxslər 10 min manatdan 15 min manatadək cərimə olunacaqlar».

Mayın 31-də İnzibati Xətalar Məcəlləsinə təklif edilən son dəyişiklikdə belə deyilir.

Deputat Rəfael Cəbrayılov sənəddə əməliyyatı keçirən həkimlərin məsuliyyətinin göstərilməməsinə iradını bildirib:

«Qeysəriyyə əməliyyatı həyata keçirən həkim qalır kənarda buna görə şöbə müdiri və ya baş həkim məsuliyyət daşıyır. Bu, düzgün deyil. Bura həkimin də məsuliyyəti əlavə olunmalıdır».

Qüdrət Həsənquliyev isə bildirib ki, əslində vəzifəli şəxs deyiləndə elə həkimlər, hüquqi şəxslər deyiləndə isə qeysəriyyə əməliyyatının həyata keçirildiyi tibbi müəssisə nəzərdə tutulur.

Dəyişiklik səsə qoyulub və qəbul olunub. Bununla da Milli Məclisin yaz sessiyası başa çatıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG