Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:01
-
Mayın 31-də Qəbələ yolunda Müsavat başqanı İsa Qəmbəri Zaqatalaya aparan avtomobil cərimə meydançasına aparılıb.

Bu barədə AzadlıqRadiosuna Müsavat başqanının müavini, İctimai Palatanın katibi Gülağa Aslanlı məlumat verib:

«Müsavat başqanı İsa Qəmbər və partiya məclisinin sədri Arzu Səmədbəyli Zaqatalaya gedirdilər. Arif Hacılının anasının vəfatının 1 ili səbəbi ilə ailəyə baş çəkəcəkdilər. Qəbələ rayonu ərazisində yol polisinin əməkdaşları onları saxlayıb. Sənədlərin araşdırılması 1 saata yaxın aparılıb. Sonra sənədlərin qaydasında olmaması bəhanəsi ilə maşını cərimə meydançasına aparıblar».

DYP İdarəsinin şöbə rəisi Kamran Əliyev maşını idarə edən şəxsin sənədlərinin qaydasında olmadığını deyir:

«Avtomobili idarə edən sürücü İsmayıllı-Qəbələ yolunda sürət həddini aşdığına görə saxlanılıb. Sənədlərin yoxlanışı zamanı sürücünün sənədləri qaydasında olmayıb. Ona verilən etibarnamənin müddəti mayın 30-da başa çatıb. Nəqliyyat vasitəsinin sahibi də avtomobildə deyildi. Ən azından bu sürücünün məsuliyyətsizliyidir. Etibarnamənin müddəti bitib, o, yeni etibarnamə almalıydı və ya yola çııxmamalıydı».

Günün bütün mövzuları

XS
SM
MD
LG