Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:01

R. Morningstar Milli Demokratiya İnstitutu ilə bağlı bəyanat verib


ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar
ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar
-
Mayın 31-də ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar Milli Demokratiya İnstitutu ilə bağlı bəyanat verib. Bəyanatda deyilir: «Azərbaycan hökuməti bizə məlumat vermişdi ki, Milli Demokratiya İnstitutu (MDİ) ilə bağlı məsələ həll olunub. MDİ vətəndaş cəmiyyətini inkişaf etdirməyə kömək göstərmək üçün Azərbaycanda öz işini davam etdirəcək».

Milli Demokratiya İnstitutunun (azərbaycanca MDİ, ingiliscə- NDI) Azərbaycandakı qeydiyyatı bu il iyulun sonunda başa çatır.
MDİ 2012-ci ilin iyulunda birillik sazişlə qeydiyyata alınıb. Bu, qanunvericiliyə edilən son dəyişikliyə uyğun aparılıb. Belə ki, Nazirlər Kabinetinin 16 mart 2011-ci il tarixli qərarına əsasən xarici QHT-nin ölkədə fəaliyyət göstərməsi üçün Ədliyyə Nazirliyi ilə yazılı razılığı olmalıdır. Yəni Ədliyyə Nazirliyi ilə həmin təşkilat arasında saziş imzalanır, ikinci mərhələdə qeydiyyat məsələsi çözülür.

Bu ilin əvvəlindən MDİ-nin adı “inqilab hazırlamaq” qalmaqalında hallanır və buna əsas kimi qurumun Alex Grigorievsin bu məqsədlə 2 milyon dollara yaxın nağd pul xərclədiyi iddiası səslənir. Nümayəndəlik, ABŞ səfirliyi bunu yalanlasa da, baş prokuror Zakir Qaralov ötən həftə ABŞ səfirinə göndərdiyi məktubda MDİ-nin bir sıra qanunları pozduğunu bildirib. 2005-ci ildə də MDİ-nin adı oxşarqalmaqalda hallanıb.

Milli Demokratiya İnstitutunun Azərbaycan üzrə direktoru Alex Grigorievs ictimaiyyətə açıqlamasında təşkilatın Azərbaycanda keçmiş prezident Heydər Əliyevin dəvəti ilə 1995-ci ildən fəaliyyət göstərdiyini deyirdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG