Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:15
-
Mayın 31-də Milli Məclisin yaz sessiyasının son plenar iclası keçirilir. AzadlıqRadiosunun əməkdaşı Milli Məclisdən xəbər verir:
Milli Məclisdə deputat Qüdrət Həsənquliyev cari məsələlərin müzakirəsi zamanı deputatlara çıxış üçün söz verilməməsinə etiraz edib: «Heç SSRİ Ali Sovetinin iclaslarında belə müzakirələr aparılmırdı».
Onun bu çıxışını parlament sədrinin birinci müavini Ziyafət Əsgərov etirazla qarşılayıb:
«Parlament seçkiləri 2015-ci ildə keçiriləcək, amma siz indidən PR-a başlamısınız. Jurnalistlərə özünüzü göstərirsiniz, bu nə ucuz PR-dır. Ayıb olsun».
Deputat Fazil Mustafa Ziyafət Əsgərovun Qüdrət Həsənquliyevin barəsində dediklərinə etirazını bildirib:
«Ziyafət müəllim sizin xətrinizi çox istəyirəm, amma deputatın çıxışına belə reaksiya vermək, nəyə lazımdır. Siz ona açıq kontekstdə dediniz ki, ayıb olsun, deputatın da sizə cavabı ayıb sizə olsun ola bilər. Məncə deputatların çıxışlarına belə reaksiya vermək olmaz».
Oqtay Əsədov

Oqtay Əsədov

Oqtay Əsədov da məsələyə münasibət bildirərək deyib ki, büdcənin icrası ilə bağlı müzakirə zamanı deputatların sözünün olub-olmamasını təkid etdim, amma heç kim çıxış üçün təkid etmədi. Mən hər zaman çıxış üçün təkid edənlərə söz verirəm, amma belə bir şey olmadı. Amma bu daldan atılan daşa bənzəyir. Son iclasda belə bir şey bizə lazım deyil. Bu nə sizə, nə də bizə yaraşmaz. Mən bu çıxışı düzgün hesab etmirəm. Milli Məclisi Ali Sovetin Rəyasət Heyəti adlandırmaq düzgün deyil. Kim deyər ki, deputatlara söz verilmir. Mən bu məsələni düzgün saymıram. Biz bir-birimizə hörmət edək».
QANUNDA NƏZƏRDƏ TUTULMAYAN SƏNƏDİ TƏLƏB EDƏN MƏMUR CƏRİMƏLƏNƏCƏK
Milli Məclis İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni dəyişikliyi qəbul edib.
Həmin dəyişikliyə görə, vətəndaşdan qanunda nəzərdə tutulmayan sənədin tələb olunmasına görə, vəzifəli şəxs 300 manatdan 400 manata qədər cərimə olunacaq.
**
Rafael Cəbrayılov

Rafael Cəbrayılov

«Tibbi əsaslar olmadan qeysəriyyə əməliyyatı aparılmasına görə, vəzifəli şəxslər 500 manatdan 7 min manatadək, hüquqi şəxslər 10 min manatdan 15 min manatadək cərimə olunacaqlar».
İnzibati Xətalar Məcəlləsinə təklif edilən son dəyişiklikdə belə deyilir.
Deputat Rəfael Cəbrayılov sənədə əməliyyatı keçirən həkimlərin məsuliyyətinin göstərilmədiyinə iradını bildirib.
«Qeysəriyyə əməliyyatı həyata keçirən həkim qalır kənarda, buna görə şöbə müdiri və ya baş həkim məsuliyyət daşıyır. Bu düzgün deyil. Bura həkimin də məsuliyyəti əlavə olunmalıdır».
Qüdrət Həsənquliyev isə bildirdi ki, əslində vəzifəli şəxs deyiləndə elə həkimlər, hüquqi şəxslər deyiləndə də qeysəriyyə əməliyyatının həyata keçirildiyi tibbi müəssisə nəzərdə tutulur.
Dəyişiklik səsə qoyuldu və qəbul olundu.

Bununla da Milli Məclisin yaz sessiyası başa çatdı. Sessiyanın bu gün keçirilən son plenar iclasında spiker Oqtay Əsədov sessiyanı bağlı elan edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG