Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:25
Deputat Qüdrət Həsənquliyev cari məsələlərin müzakirəsi zamanı deputatlara çıxış üçün söz verilməməsinə etiraz edib: «Heç SSRİ Ali Sovetinin iclaslarında belə müzakirələr aparılmırdı».

Onun bu çıxışını parlament sədrinin birinci müavini Ziyafət Əsgərov etirazla qarşılayıb:
«Parlament seçkiləri 2015-ci ildə keçiriləcək, amma siz indidən PR-a başlamısınız. Jurnalistlərə özünüzü göstərirsiniz, bu nə ucuz PR-dır. Ayıb olsun».

Deputat Fazil Mustafa Ziyafət Əsgərovun Qüdrət Həsənquliyevin barəsində dediklərinə etirazını bildirib:

«Ziyafət müəllim, sizin xətrinizi çox istəyirəm, amma deputatın çıxışına belə reaksiya vermək, nəyə lazımdır. Siz ona açıq kontekstdə dediniz ki, ayıb olsun, deputatın da sizə cavabı, ayıb sizə olsun, ola bilər. Məncə deputatların çıxışlarına belə reaksiya vermək olmaz».

Oqtay Əsədov da məsələyə münasibət bildirib: «Büdcənin icrası ilə bağlı müzakirə zamanı deputatların sözünün olub-olmamasını təkid etdim, amma heç kim çıxış üçün təkid etmədi. Mən hər zaman çıxış üçün təkid edənlərə söz verirəm, amma belə bir şey olmadı. Amma bu daldan atılan daşa bənzəyir. Son iclasda belə bir şey bizə lazım deyil. Bu nə sizə, nə də bizə yaraşmaz. Mən bu çıxışı düzgün hesab etmirəm. Milli Məclisi Ali Sovetin Rəyasət Heyəti adlandırmaq düzgün deyil. Kim deyər ki, deputatlara söz verilmir. Mən bu məsələni düzgün saymıram».

Günün bütün mövzuları

XS
SM
MD
LG