Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:34
-
«Biz bilirik ki, ictimaiyyətin və medianın təhsil sahəsindən böyük gözləntiləri var. Təhsil sahəsində müəyyən işlər həyata keçirilir və bunlar təbii olaraq struktur dəyişikləri tələb edir».
APA-nın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov nazirlikdə aparılan struktur dəyişikliklərinə və kadr islahatlarına münasibət bildirərkən deyib. O bildirib ki, yeni struktur dəyişiklikləri çərçivəsində yeni təyinatlar baş verir.
Nazir bu məsələlərin ictimailəşdirilməsi və ya siyasiləşdirilməsinin tərəfdarı olmadığını söyləyib: «Çünki bizim hamımızın məqsədi eynidir. Məqsəd ondan ibarətdir ki, Azərbaycan təhsilinin keyfiyyəti yüksəlsin. Bunun üçün lazım olan siyasi iradə mövcuddur. Bacardığımız hər bir işi həyata keçirəcəyik».
M. Cabbarov Təhsil Nazirliyində aparılan struktur dəyişiklikləri və kadr islahatlarının media orqanları tərəfindən çox qabardılmasını istəmədiyini də vurğulayıb: «Ümumiyyətlə, mən media nümayəndələrindən xahiş etmək istəyirəm ki, bu məsələlərin lazım olan səviyyədən artıq qabardılması o qədər də məqsədə müvafiq deyil».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG