Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:56
-
«Ötən il dövlət büdcəsinin icra gəlirləri 17.281 521,6 min manat, xərcləri 17 416 453
min manat, büdcə kəsiri 134, 9 mln. manat, büdcə xəzinəsindəki qalığı isə 464
989 900 min manat həcmində təsdiq edilib».
Bunu Milli Məclisin mayın 31-də keçirilən iclasında 2012-ci il dövlət büdcəsinin
icrası məsələsi müzakirə olunarkən maliyyə naziri Samir Şərifov deyib.
Büdcənin icra vəziyyəti barədə məlumat verən maliyyə naziri Samir Şərifov deyib ki,
2012-ci ildə ÜDM-in həcmi əvvəlki ilə müqayisədə 2,2 faiz artaraq 54 mlrd.
manat, ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi 5884,5 manat olub:
«Büdcə kəsri büdcənin 23 maddəsindən cəmi 4 maddəsi üzrə yaranıb ki, bu da 3.5 mln. manat həcmində olub. Bu da dünya ölkələri sırasında ən az büdcə kəsiri kimi qeydə alınıb».
Nazir vurğulayıb ki, 2012-ci ildə valyuta ehtiyatları 14 faiz artaraq 46 milyard dollara çatıb. Əhalinin gəlirləri isə 13,8% artaraq 34,7 mlrd. manat, orta aylıq əmək haqqı 395 manat olub.
Hesablama palatasının sədri Heydər Əsədov isə deyib ki, 2012-ci ildə dünya miqyasında iqtisadiyatın artım tempi aşağı düşdüyü halda Azərbaycanda tammailə fərqli hal müşahidə olunub:
«Bu Azərbayacan prezidenti və onun iqtisadi komandasının gördüyü işlər nəticəsində mümükün olub. Ötən il büdcə daxil olmaları tam yerinə yetirilib. 98 fazi yerinə yetirilib, bu büdcə üçün çox yaxşı göstəricidir. Bu o demək 255 milyon manat xərclənməyib. Dövlətin heç biri proqramı maliyyəsiz qalmayıb. Büdcənin daxili və xarici borc limitinə tam əməl olunub. Büdcə kəsiri 134 milyon olub. Bütün büdcə kəsirlərinin örtülmə mənbələri daxili mənbələr hesabına olub».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG