Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:28
-


Mayın 31-də Milli Məclis Fərhad Abdullayevin yenidən Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında prezidentdən gələn təqdimatı təsdiq edib.

Fərhad Abdullayev ona göstərilən etimada görə prezidentə və millət vəkillərinə minnətdarlığını bildirib. Və Konstitusiya Məhkəməsinin 15 illik tarixi ərzində hüququn inkişafına yardım etməyə çalışdığını deyib.

Daha sonra F. Abdullayev and içib, bütün baxacağı işlərə qərəzsiz və müstəqil yanaşacağını bildirib.

Onun andiçməsindən sonra spiker Oqtay Əsədov deyib:

«Fərhad müəllim, 2015-ci ilin parlament seçkilərində bu deputatların çoxu ilə bağlı sənədlər Konstitusiya Məhkəməsinə gələcək».

«Konstitusiya Məhkəməsi haqqında» qanuna edilən son düzəlişlərdən sonra Konstitusiya Məhkəməsinə sədr 15 illik müddətə təyin olunur. Düzəlişlərə qədərsə sədrin 10 ildən bir seçilməsi nəzərdə tutulurdu.

F. Abdullayev 2003-cü il iyun 25-də Milli Məclisin təsdiqindən sonra Prezidentinin fərmanı ilə Konstitusiya Məhkəməsinin sədri vəzifəsinə təyin edilib. 26 gündən sonra onun Konstitusiya Məhkəməsinin sədri təyin edilməsinin 10 ili tamam olacaq.

Milli Məclisin yaz sessiyasının son iclasının gündəliyinə ümumilikdə 23 məsələ daxildir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG