Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:40

«Məktəb direktorlarının təmir adı ilə vəsait yığması qeyri-qanunidir»


«İstənilən məktəb direktoru və yaxud digər vəzifəli şəxsin təmir adı ilə vəsait yığması qeyri-qanunidir»

APA-nın məlumatına görə, Təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, orta məktəblərin cari təmir işləri Azərbaycan ərazisində müvafiq qanunvericiliyə uyğun olaraq mərkəzləşmiş qaydada aparılmaqla dövlət büdcəsindən maliyyələşdirilir. Nazirin sözlərinə görə, Təhsil Nazirliyinə bu məqsəd üçün kiçik bir vəsait ayrılır:

«Əksər hallarda bu işlər Maliyyə Nazirliyi tərəfindən yerli rayon icra hakimiyyətlərinə dövlət büdcəsində ayrılmış maliyyə hesabına görülür. Ona görə də istənilən məktəb direktoru və yaxud digər vəzifəli şəxslərin cari təmir adı ilə vəsait yığması qeyri-qanunidir. Əgər belə hallar varsa, Təhsil Nazirliyinə və aidiyyatı dövlət qurumlarına müraciətlər edilməlidir. Bu məsələlərlə bağlı biz barışmaz mövqedə olacağıq. Bu işlər müəyyən müddət aparacaq. Amma mən güman etmirəm ki, bu məsələni 2014-cü ildə KİV-də müzakirə etməli olmayacağıq».

Günün bütün mövzuları

XS
SM
MD
LG