Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:48

İranın Azərbaycandakı səfiri Xalidə Xalid və sürücüsünün harada olduğunu bilmir


Arxiv foto
Arxiv foto
-

«İranda saxlanan Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov həbsxanada deyillər. Onların hazırda harada saxlanılması barədə mənim məlumatım yoxdur».

Bunu APA-ya açıqlamasında İranın Azərbaycandakı səfiri Mohsun Pak Ayin deyib.

Səfirin sözlərinə görə, Xalidə Xalid və İran vətəndaşı Mikayıl Kazıminin Azərbaycanda saxlanması arasında heç bir bağlılıq yoxdur:

«Mikayıl Kazımi 5 ay əvvəl saxlanılıb və bunun Azərbaycan vətəndaşlarının İranda saxlanılması ilə heç bir əlaqəsi yoxdur. Mikayıl Kazıminin saxlanılması ilə bağlı detalları Xalidə Xalidin məsələsi həll olunandan sonra açıqlayacam».

Xalidə Xalid və Şamxal Hüseynov aprelin 30-da Təbrizdə saxlanıb. Azərbaycan tərəfinin verdiyi iki notadan sonra İran Xarici İşlər Nazirliyi onların qanunsuz fəaliyyətə görə saxlandığını bildirib.

Daha sonra İran tərəfi Xalidə Xalid və Şamxal Hüseynovun azad edildiyini açıqlasa da, onlar hələlik Azərbaycan tərəfə təhvil verilməyiblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG