Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:45

Bakıda 3 körpüyə partlayıcı qoyulması barədə məlumat yayılıb


Bakıda 3 körpüyə partlayıcı qurğu qoyulması barədə Fövqəladə Hallar Nazirliyinə məlumat verilib.

FHN-in yaydığı məlumata görə, daxil olan məlumatda Bakının Nərimanov, Nizami və Xətai rayonundakı 3 körpüyə partlayıcı qurğu qoyulduğu bildirilib.

Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görüb və əraziyə baxış keçiriblər.

Nəticədə qeyd olunan ərazidə şübhəli əşya aşkar edilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG