Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:25

Mədəniyyətlərarası Dialoq üzrə III Ümumdünya Forumu Bakıda keçiriləcək


Bakıda Mədəniyyətlərarası Dialoq üzrə II Ümumdünya Forumu çərçivəsində mədəniyyət nazirlərinin ilk görüşü keçirilir. Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev bildirib ki, iclasın keçirilməsində məqsəd növbəti foruma hazırlıq işlərini müzakirə etmək, qarşıdan gələn iki il ərzində mədəniyyətlərarası dialoqa dair Fəaliyyət Planını qəbul etməkdir.

Ə. Qarayev növbəti forumun 2015-ci ildə yenidən Bakıda keçiriləcəyini deyib.

BMT-nin Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi Nassir Abdulaziz Al-Nasser qarşılıqlı anlaşmanı gücləndirmək və nifrətdən qaçmaq üçün mədəniyyətlərarası dialoqu aktivləşdirməyə çağırıb.

Sosial şəbəkələrin rolundan danışan natiq bunu mədəniyyətlər və insanlar arasında sıx əlaqələrin yaranması üçün yeni format kimi dəyərləndirib.

İclasda dünyanın 40-dan artıq ölkəsindən nümayəndə iştirak edir. /APA/

Günün bütün mövzuları

XS
SM
MD
LG