Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:23

Azərbaycan ABŞ-ın terrorizm hesabatnda


Illüstrasiya fotosu
Illüstrasiya fotosu
ABŞ Dövlət departamenti 2012-ci ildə dünyada terror fəallığı və ona qarşı mübarizənin vəizyyətinə dair hesabat açıqlayıb. Bu hesabatlar Amerika qanunvericiliyinə əsasən bir qayda olaraq Konqresə təqdim olunmaq üçün hazırlanır.

2013-cü ilin mayında açıqlanmış bu sənəddə terror və onunla mübarizənin vəziyyəti ayrı-ayrı ölkələr üzrə təhlil edilir.

Hesabatın Azərbayacna aid hissəsində deyilir ki, bu ölkə terror təşkilatları üzvlərinin, pullarının və materiallarının Qafqaz boyunca hərəkətini fəal şəlkildə önləyib. Ölkə özünün anti-terror səylərini daim gücləndirib, terror əməliyyatçılarının və onların fəaliyyətinin azaldılmasında müəyyən uğurlara nail olub.

Azərbaycana dair hesabatın qanunvericilik, hüquq-mühafizə və sərhəd mühafizəsi bölümündə qeyd olunur ki, ötən ilin yanvarında Azərbaycan Milli Təhlükəsizlik nazirliyi Bakıda yəhudi məktəbinin iki rahibini qətlə yetirməyi planlaşdıran iki Azərbaycan vətəndaşını həbs edib və İranda yaşayan üçüncü şəxsin axtarışı ilə məşğul olub. Hakimiyyət orqanları bildiriblər ki, bu şəxslərə aid silah və pulların İranın kəşfiyyat orqanlarına bağlılığı sübut olunub.

Mart ayında Azərbaycanın xüsusi xidmətləri xəbər verib ki, Qərb səfriliklərinə və Qərblə bağlı başqa qruplara qarşı terror aktlarınımn hazırlanması üçün İranın İslam Keşikçiləri Korpusu ilə işləyən 22 Azərbaycan vətəndaşı həbs edilib.

Aprelin 6-da təhlükəsizlik qüvvələri zorakı ekstremist qrup olduğu güman edilən şəxslər üzərinə Gəncədə reyd keçirib. Orada yaranmış qarşıdurma və atışma zamanı yaraqlılardan biri və hüquq-mühafizə orqanlarının bir əməkdaşı həlak olub.

Əslində bütün ölkə boyunca keçirilən reydin bir hissəsi olan bu əməliyyat zamanı 17 nəfər həbs olunub və çox sayda silah-sursat, əl qumbaraları, uzaqdan idarə edilən partladıcı qurğular və kommunikasiya avadanlıqları müsadirə olunub.

Azərbaycan təhlükəsizlik xidmətlərinin məlumatına görə may ayında keçirilmiş Eurovision yarışı zanmanı terrorçu basqınlar hazırlayan 40 nəfər həbs olunub.

Hesabatda həmçinin bildirilir ki, Azərbaycan terror təşkilatlarına aid maliyyənin hərəkətinə qarşı mübarizə aparan əsas beynəlxalq təşkilatların üzvüdür və bu təşkilatların tövsiyələri ilə öz qanunvericiliyinə 100-dək maddə, 15 qanun və 4 məcəllə əlavə edib.

Qeyd olunur ki, bu sahədə Azərbaycanın aparıcı partnyorları ABŞ-ın müvafiq orqanları olub.

Qanunvericilikdəki dəyişikliklər şübhəli mülkiyyətin və pul vəsaitlərinin ləngiməsiz müsadirəsinə imkan yaradır.

Hesabatın regional əməkdaşlığa dair hissəsində deyilir ki, Azərbaycan 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının iki illik qeyri-daimi üzvlyünə başlayıb.

Azərbaycan həmçinin İstanbul Prosesində iştirak edib. Azərbaycan həm də Xəzər hövzəsində terror, qaçaqmalçılıq və mütəşəkkil cinayətkarlıqla beynəlxalq mübarizədə fəaldır.

Radikallaşmaya və zorakı ekstremizmə qarşı mübarizə bölümündə deyilir ki, Azərbaycan hökuməti televiziya yayımları da daxil olmaqla, dini fəaliyyəti məhdudlaşdırır, dini ədəbiyyatın metro stansiyalarında satışını qadağan edib.
Bu da qeyd edilir ki, hokumət dini ibadət və mərasimlərin yalnız Azərbaycanda təlim görmüş və rəsmi icazəsi olan imamlar tərəfindən keçirilmnəsinə imkan verir. Sənəddə Azərbaycan rəsmilərinin radikal dini qruplara qarşı mübarizəsini tənqid edənlərin fikirlərinə də yer verilir və bildirilir ki, bu tənqidçilərin zənnincə, hökümətin tətbiq etdiyi yasaqlar əksinə ekstremizmin güclənməsinə gətirir.

Gün ərzində, AzadlıqRadiosunun efirində, saytında və AzadlıqRadiosu.TV-də bu hesabat haqda ekpertlərin rəyləri və siyasətçilərin reaksiyaları diqqətinizə təqdim olunacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG