Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:17

UNİCEF əlil uşaqları ayırmamağa çağırır


Russia -- Alik Nuryshev, 20, a local resident suffering from childhood disability including epilepsy and cerebral palsy, sits in his house in the village of Muslyumovo, 18Nov2010

Russia -- Alik Nuryshev, 20, a local resident suffering from childhood disability including epilepsy and cerebral palsy, sits in his house in the village of Muslyumovo, 18Nov2010

Michael Hosea 1995-ci ildə Tanzaniyada digər 2 qardaşı kimi albinos diaqnozu ilə doğulub. . Ancaq qanunla qadağan olunsa da, Tanzaniyada hələ də cadugərlər daxili orqanlarından dərman düzəltmək məqsədilə albinosları ovlayırlar.

Bir gün Hoseanın da ailəsinə xəbər ediblər ki, ovçular sizin dalınızca gələcəklər. Həmin gecə Hoseanın valideynləri uşaqlarını da götürüb qaçıblar və təhlükəsiz yerə çatmaq üçün 500 kilometr yol getməli olublar. Ovçular onları evdə tapa bilməyəndə isə özü də albinos olan qonşunun xəbər verməyindən şübhələniblər. Onun qollarını dibindən kəsib, ölümünü izləyiblər.



Mayın 30-da UNİCEFİN dünyada əlil uşaqlar haqda hesabatının təqdimatında bu hadisədən söz açılıb.

“Dünyada uşaqların vəziyyəti – Əlilliyi olan uşaqlar - 2013” adlı hesabata görə, hazırda dünyada 150 milyondan çox əlil uşaq yaşayır. Sırf əlil olduqları üçün bu uşaqlar çox vaxt təhsildən də, səhiyyədən də uzaq qalırlar.

Hesabata görə, əlil uşaqlar daha çox zorakılığa, təzyiqlərə, istismara məruz qalırlar. Çox vaxt bu uşaqlardan imtina olunur, və ya onlara böyütmək üçün artıq xərc çəkmək istəmirlər.

Amma UNİCEF hesab edir ki, əgər bu cür uşaqlara daha yaxşı təhsil verilsə, onlara nəyi “edə bilməzlər”i deməkdənsə, nəyi “daha yaxşı görəcəkləri” öyrədilsə, bunun həm uşaqların özünə, həm də cəmiyyətə faydası olar. Çünki onları cəmiyyətdən ayıranda, əlil uşaqlar həm yükə çevrilir, həm də bütün həyatları asılılıq içində keçir.

Hesabatın redaktoru Abid Aslam deyir ki, “Əlil uşaqların da arzuları olur. Onlar arzularını gerçəkləşdirmək üçün inanılmaz istəkli olurlar. Hesabatda da göstərdiyimiz kimi, əgər onlara şans verilsə, həm ailələrinə, həm də yaşadıqları cəmiyyətə daha faydalı olarlar”.


UNİCEF hesab edir ki, əlil uşaqları cəmiyyətə qazandırmağın yolu əsasən onlara qarşı ayrı-seçkiliyə son verməkdən keçir.

Uşaqları doğulan kimi qeydiyyata almalı, əlillik diaqnozunu erkən qoymalı və sonra uyğun yardımı və təhsili vermək lazımdır.

Hesabatda o da vurğulanır ki, bir çox ölkələrdə əlil uşaqlarla bağlı dəqiq statistika da aparılmır. UNİCEF-in fikrincə bəzi ölkələrdə doğuşdan əlil olmayan uşaqlar belə yaxşı qidalanmadıqları üçün sonradan əlil ola bilirlər.


AZƏRBAYCAN

Hesabatda Azərbaycandakı əlil uşaqların sayı açıqlanmır. Amma ötən ilin məlumatına görə, Azərbaycanda 425 min əlildən, 61 mini uşaqdır. Və Azərbaycanda 0-3 yaşlarında anadangəlmə əlil uşaqların sayı təkcə 2011-ci ildə 37 faiz artıb.

UNİCEF-in hesabatındakı rəqəmlərə gəlincə, Azərbaycanda 5 yaşa çatmayan hər 1000 uşaqdan 45-i ölür. 20 il əvvəl bu rəqəm 90 idi. Bu göstəriciyə görə, Azərbaycan dünya üzrə 61-ci sırada qərarlaşıb. Müqayisə üçün, Ermənistanda hər 1000 uşağa düşən ölüm sayı cəmi 18, siyahıdakı yeri isə 102-cidir.

Azərbaycanda hər yeni doğulan 1000 körpədən 19-u, Ermənistanda 11-i ölür.
Hesabatdakı rəqəmlərə görə, Azərbaycanda yeni doğulan uşaqların 10 faizinin çəkisi normadan az olur, 5 yaşına qədər uşaqlarınsa 8 faizi çəki azlığından əziyyət çəkir.

Səhiyyəyə gəlincə, Azərbaycanda uşaqların 80%, Ermənistanda 98%-nin təmizlənmiş içməli suya əli çatır. Sanitariya baxımından da vəziyyət bu rəqəmlərə görə, Ermənistanda daha yaxşı görünür – 90 faizin 82%-ə qarşı.

Azərbaycanda ora hesabla uşaqların 66 faizi əsas 7 xəstəlik üzrə peyvəndlə müdafiə vurulur. Uşaqların 36 faizi pnevmoniya, 21 faizi ishal, 1 faizi isə malyariya əleyhinə müalicə alıb.

Şərhləri göstər

XS
SM
MD
LG