Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 13:08

Azərbaycanlı deputatlar Yerevana getməyib


Səməd Seyidov
Səməd Seyidov
Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Ermənistanın rəhbərliyi altında AŞPA Daimi Komitəsi və Bürosunun bu gün Yerevanda keçirilən iclasına Azərbaycan nümayəndə heyəti qatılmayacaq.
Bu barədə APA-ya Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov bildirib.

Bu iclasda əsasən Ermənistanın AŞ Nazirlər Komitəsinə sədrliyi dövründə prioritetləri, AŞPA ilə AŞ Nazirlər Komitəsi arasında siyasi dialoq məsələsi müzakirə olunacaq.
İclasın gündəliyinə alternativ həbs cəzası, Avropa Şurasının 2014-2015-ci illər üçün büdcəsi də daxildir.

AŞPA Avropa Sollar Qrupu iclasda “Dağlıq Qarabağ münaqişəsi 25 il sonra: Ermənistan və Azərbaycan barışdırmaq üçün Avropa Şurasının imkanları” mövzusunda müzakirələr keçirməyi təklif edib.
Bu diskussiyaların vaxtı iclasın gündəliyi təsdiqlənəndə müəyyən olunacaq.

Mayın 16-da Avropa Şurası Nazirlər Komitəsinə sədrlik altı aylıq Ermənistana keçib.
XS
SM
MD
LG