Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:57

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!

-

«Şərq qapısı» - 28 may 2013

İbrahim Ethem Atnur: Naxçıvan 50 ilə keçəcəyi yolu 15 ildə qət edib

Türkiyənin Radio-Televiziya Qurumunun (TRT) bir qrup əməkdaşı Türk Tarix Qurumunun üzvü, Naxçıvanın tarixinin xarici tədqiqatçılarından biri olan professor-doktor İbrahim Ethem Atnurun rəhbərliyi altında Naxçıvanda yeni bir tarixi filmin çəkilişlərini aparıb. Daha geniş məlumat almaq üçün ona bir neçə sual ünvanladıq:

…- Ötən əsrin 90-cı illərinin əvvəllərində Türkiyə ilə Naxçıvan arasında bir körpü açıldı. 1992-ci ilin 28 mayında istifadəyə verilən Sədərək-Dilucu körpüsü bizi qardaşlarımızla qovuşdurdu. Mən də dərhal Naxçıvana gəldim. İnanın, o vaxt Naxçıvanda qalanda çox çətinliklərlə qarşılaşdım. İndi bu qarşı tərəfdə gördüyümüz yaraşıqlı «Təbriz» mehmanxanası o vaxt bərbad vəziyyətdə idi. İnsanlar ağacları kəsib evlərinə aparırdılar. Çünki yanacaq yox idi. İndi gözəl bir yaşayış məntəqəsinə çevrilmiş Sədərək o zaman ermənilər tərəfindən bombalanmışdı. Ordubadda, Batabat istiqamətində müharibə gedirdi. Lakin naxçıvanlılar bütün məhrumiyyətlərə baxmayaraq, düşmən qarşısında dirəniş göstərirdilər. Düşmən qarşısında əyilməyən naxçıvanlıların hələ o zaman dost qarşısında necə istiqanlı və səmimi olduqlarını gördüm.

…– Sonuncu dəfə Naxçıvana 2008-ci ildə gəlmişdim. Naxçıvanın inkişafının canlı şahidi oldum. Amma indi gördüyüm Naxçıvan, həqiqətən də, məni heyrətləndirib. Qısa zaman ərzində çox şey dəyişib. Mən Azərbaycanın digər regionlarında da olmuşam. Bütün regionlar inkişaf edib, amma Naxçıvan daha üstün inkişaf səviyyəsinə gəlib çatıb. Bu da mütləq mənada yerli idarəçiliyin əsas uğurlarından sayılmalıdır. Nəinki şəhərlər, rayon mərkəzləri, hətta kəndlərdə belə, yeni binalar, hətta deyərdim ki, sadəcə, binalar yox, memarlıq abidələri yaradılır. Quruculuq işlərini burada xüsusi zövqlə həyata keçirirlər. Buranı tərif etmək üçün demirəm. Tam ciddiyəm: mən belə yolları ancaq Amerikada görmüşəm. Biz TRT-nin heyəti ilə kəndlərdə olarkən tikilən yeni məktəb binalarını gördük. Bir şeyə əmin olduq: dövlət neftdən gələn gəlirlərini sərmayə şəklində gələcəyə, insanların inkişafına yönəltməkdədir. Naxçıvan çox dəyişib. Dəyişməyən bir hal var: o da insanların isti münasibətləridir.

Şagirdlər təlim poliqonlarında

Respublikası Təhsil Nazirliyinin və Naxçıvan Qarnizonunun təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri ilə görüşlər təşkil edilmişdir. Culfa, Şahbuz, Kəngərli rayonlarında, həmçinin Naxçıvan şəhərində yerləşən hərbi təlim poliqonlarında keçirilən görüşlərdə əsas məqsəd şagirdlərdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi, onların orduda istifadə edilən döyüş texnikaları ilə tanışlığından ibarət olub.

Naxçıvan şəhərində yerləşən təlim poliqonunda Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev ordu quruculuğundan danışmış, bu istiqamətdə həyata keçirilən tədbirlər haqqında məlumat vermişdir. Xüsusilə müstəqilliyimizin ilk illərində muxtar respublikamızın blokadaya alınması nəticəsində yaranmış çətin vəziyyəti xatırladan Kərəm Mustafayev regionun müdafiəsi ilə bağlı ümummilli lider Heydər Əliyevin xidmətlərindən söhbət açmış, Milli Ordumuzun qarşısında duran mühüm vəzifələrdən bəhs etmişdir.
XS
SM
MD
LG