Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:20

Qırğızıstan parlamenti bir neçə nazirin istefasını tələb edib


Qırğızıstan parlamenti

Qırğızıstan parlamenti

Qırğızıstan parlamenti kriminal avtoritet Aziz Batukaevin vaxtındanəvvəl azad edilməsinə görə, bir neçə yüksək rütbəli məmuru istefa verməyə çağırıb.
Ombudsman, daxili işlər və səhiyyə nazirləri, habelə baş nazir müavinini də daxil olmaqla bir neçə rəsmini istefaya çağıran qətnamə yektilliklə qəbul edilib.

Milliyətcə çeçen olan Batukaev 2006-cı ildə 17 il azadlıqdan məhrum edilib.
O ölkə deputatı və polis əməkdaşının qətli də daxil olmaqla bir sıra cinayətlərdə təqsirli bilinib.

Həbsxana rəsmiləri onun ağ qan xəstəliyindən əziyyət çəkdiyinə görə azad edildiyini deyirlər.
Parlament komissiyası isə tibbi diaqnozun saxta olduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG