Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:57
-
Gəncənin 5-ci mikrorayonundakı Sədi küçəsində yaşayan İradə Zeynalova AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət edib. O, küçədəki yeddi binanın qarşısında olan ərazilərin satılmasından narahatdır:

«İllərlə yaratdığımız yaşıllıq məhv edilib, indi sotu 3500 manatdan satılır. Heç kəs bilmir ki, satılan yerdə nə tikiləcək. Həyətyanı sahələr satılandan sonra uşaqlarımızın oyun meydançası, istirahət yerimiz olmayacaq».

İradə Zeynalova deyir ki, binanın sakinləri satışa çıxarılmış sahələrdə park salınmasını istəyirlər:

«Çünki mənzillərimizdə eyvanda yoxdur ki, təmiz hava alaq. Bundan başqa, uşaqlarımız idmanla məşğul olurlar deyə, idman meydançasına da ehtiyacımız var. Uşaqlarımız maşınların sıx şütüdükləri yollarda oynamaq məcburiyyətindədirlər».

Gəncə şəhər İcra Hakimiyyətindən «Qaynar xətt»ə 5-ci mikrorayondakı binaların qarşısında hansısa torpaq alverini təkzib etdilər. Bildirdilər ki, icra hakimiyyəti həmin ərazidəki qanunsuz eyvan artırmalarını ləğv edir. Binaların qarşısında yaşıllıqlar salır. Hazırda bir neçə binanın qarşısı buna görə qazılıb. Sakinlərin narahatlığına əsas yoxdur.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG