Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:52

Elmar Məmmədyarov ABŞ-Yəhudi Komitəsinin Forumunda çıxış edəcək


-
İyunun 2-də Vaşinqtonda Amerika-Yəhudi Komitəsi (AJC) tərəfindən təşkil edilmiş Ümumdünya Forumu keçiriləcək.

ABŞ dövlət katibi John Kerry tədbiri giriş sözü ilə açacaq. Sonra Azərbaycan, Çexiya, Yunanıstan və Polşanın xarici işlər nazirləri, İsrailin ədliyyə naziri və fələstinlilərlə danışıqlarda İsrailin əsas nümayəndəsi çıxış edəcəklər.

İyunun 4-dək davam edəcək forumda Birləşmiş Ştatlardan və dünyanın 60 yəhudi icmasından 1500-dən çox nümayəndə iştirak edəcək.

Xəbəri AzərTac yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG