Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 07:58
-
Reper Uran apreldə dinləyicilərinə «Açıq Mikrofon» albomunu təqdim etdi. Satışa çıxmayan bu albom bir ay ərzində internetdən 50 min dəfə yüklənib.

Uran «Flashmob»a «Açıq mikrofon»dan və payızda çıxacaq növbəti albomundan danışır:

«Bu albom qısa idi, sadəcə keçilməli olan etap kimi oldu. Burda solo fəaliyyətdən çox duetlər var. İnternet-reliz etdik, bundan sonrakı albom isə yəqin ki, həm satışa çıxarılacaq, həm də təqdimatı böyük olacaq. Albomda Selo, Sansar Salvo, Aybenlə, Raminlə duetlər oldu, həmçinin «Made in China rappers» repi meqaduet oldu. Həmçinin, albomda lirik və vətənpərvərlik mövzusunda da rep vardı – «Tək o» və «Vətən balladası»».

Bu qədər sinqllar, kliplər, albomlar olsa da, indiki fəaliyyət Uranı tam qane etmir:

«Albom var, amma biz böyük konsertlər, festivallar barədə fikirləşirik, ən azı cəhd edirik, imkanları artırmaq, inkişaf etmək istəyirik. Bu, mən istədiklərimin yanında heç nədir. Sonuncu trekdə belə bir şey yazmışam – «Sözsüz təslim olmaqdansa, mən cəhd etməyi seçirəm». Sən iş görürsən, addım atırsan, ən sonda məğlub olsan da, biləcəksən ki, çalışdın, amma məğlub oldun».

«YAZMAQ ÜÇÜN TƏƏSSÜRAT LAZIMDIR»

«Hörmətlə, Uran!», «Mənasız şeylər», «Qaralama», «Açıq mikrofon» – 4 albomu olan Uran deyir ki, ən böyük fasilə «Hörmətlə, Uran!»dan «Mənasız şeylər»ə qədər olub. 2005-ci ildə çıxan ilk albomdan sonra 4 illik fasilə yaranıb. Bu fasilə ərzində Uran orduda zabit olub. Bunun nəticəsi kimi 2009-cu ildə «Mənasız şeylər» albomunda 19 rep yer alıb. 2011-ci ildə Uranın «Qaralama» albomu çıxıb. ​ ​«Açıq mikrofon»a qədər olan 2 ildə sinqllar, kliplər buraxılıb. Diqqəti ən çox çəkən isə bu alboma daxil olan «Tam səmimi» repi idi:

«Məndə iki xasiyyət var. İbrahim utancaqdır, Uran isə səhnə adamı olaraq rahatdır, utancaq deyil. Adətən elə sözlər var ki, onları deməyə utanıram. «Tam səmimi»də etiraf etmək istəyirdim - sevdiyim insanlara, valideynlərimə, ailəmə. Bu trek də təəssüratların əksi idi, çox uğurlu oldu, yaxınlarımla bu barədə söhbətim oldu. Burada həm də dinləyicilərə ünvanlanmış sözlər vardı. Nədən başladığım, başlamasan nə olardı, repin mənim üçün dəyəri nədir və s.».

«Yaşadığımı yazıram ki, yazdığımı deyərkən yaşayım» deyən Uran ilk replərini məktəbdə oxuyanda yazıb:

«İndi harada oldu yazıram, fristayl deyəndə, daha çox nəqarəti fikirləşirəm: bu nəqarətin altında hansı mövzuda demək olar, nə demək olar ki, bu nəqarət onun marşı olsun. Adətən yaşadığım mövzular daha yaxındır. Yazmaq üçün təəssürat lazımdır».

«Açıq Mikrofon» albomundan növbəti alboma qədər iki meqamiks buraxacaqlarını deyən Uran yeni albomda yer alacaq duetlərinin müjdəsini də verdi. Duetlər Cəza və D12 qrupundan olan Bizzare ilə olacaq.

Verilişi tam olaraq burdan dinlə


XS
SM
MD
LG