Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:39

AzadlıqRadiosuTV-yə xəbər hazırlayan jurnalist təzyiqlə üzləşdiyini bildirir


Elçin İsmayıllı

Elçin İsmayıllı

-

AzadlıqRadiosuTV-yə İsmayıllı rayonundakı sel daşqınlarından xəbər hazırlayan Elçin İsmayıllı mayın 30-da çəkiliş apararkən təzyiqlərlə üzləşdiyini deyir:

«Rayon mərkəzinin Ələkbərzadə küçəsində sel suları basmış həyətləri çəkəndə icra başçısının köməkçisi mənə yumruq ataraq, yaxamı cırdı. Əlindəki açar boğazımı zədələdi. Üstümə düşdü ki, siz kimsiniz, axı, bunları çəkib problem yaradırsınız? Bundan sonra da heç bir açıqlama vermədən avtomobilə minib ərazini tərk etdi».

Səməd Kamilov müxbirin məsələ ilə bağlı münasibət öyrənmək istədiyini təsdiqləyir, amma ona qarşı hər hansı təzyiqini doğru saymır:

«Camaat bizə müraciət edib, biz də həyətlərdən suyun çəkilməsi üçün ərazidə işə başlamışıq. Mən həmin ərazidə olanda müxbir mənə yaxınlaşdı, heç özünü təqdim eləmədi. Mən də tanımıram o kimdir, nəçidir. Ona qarşı hər hansı təzyiq etməmişəm, yalan söhbətdir».

İcra başçısının birinci müavini Rövşən Ağayev də jurnalistə qarşı təzyiqlər olması barədə deyilənlərin yalan olduğunu bildirir.

Müxbirin özü – Elçin İsmayıllı olayla bağlı Daxili İşlər Nazirliyinin «102» xidmətinə və tibbi ekspertizaya müraciət etdiyini söyləyir.

AzadlıqRadiosu fakta bağlı prokurorluğa müraciət hazırlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG