Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:25
-

Ötən gecə Ağsu rayonuna yağan güclü yağış nəticəsində əmələ gələn sel Aqdar çayı üzərindəki körpünü dağıdıb. Bakı-Şamaxı-Yevlax avtomobil yolunda nəqliyyatın hərəkəti dayanıb.

Bu haqda AzadlıqRadiosuna Ağsu rayon icra hakimiyyəti başçısının müavini İqbal Mikayılov məlumat verib.

Onun sözlərinə görə, hazırda ərazidə texnika işləyir.


View Larger Map

Güclü yağış nəticəsində Ağsuda bəzi həyətləri, əkin sahələrini də su basıb. Dağ kəndlərində işıq problemi yaranıb.

Ağsu rayon İcra Hakimiyyətindən bildiriblər ki, sel suları şəhərinin Koroğlu, Məhəmməd Əsədov, Dədə Qorqud, Cabir Kərimov, Firdovsi küçələrində asfalt örtüyü dağıdıb, hasarları uçurub, 50-dən artıq evin zirzəmisinə dolub.

Hazırda fövqəladə hallar komissiyasının nümayəndələri əraziyə baxış keçirir, dəyən ziyanı hesablayırlar.

İSMAYILLIDA DA BƏZİ ƏRAZİLƏR SU İLƏ DOLUB

Ötən gecə yağan güclü yağış nəticəsində İsmayıllı rayonunun mərkəzində bəzi ərazilər yağış suları ilə dolub. Həmin ərazilərin yağış sularından təmizlənməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb edilib.

FHN-nin məlumatına görə, hazırda Dövlət Yanğından Mühafizə Xidməti və Şimal-qərb Regional Mərkəzi tərəfindən suçəkmə işləri aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG