Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:30

«Son zəng»lə bağlı polis gücləndirilmiş iş rejimində çalışacaq


«Son zəng» günü Bakının bütün orta məktəbləri polis nəzarətində olacaq.

Bu barədə APA-ya açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini Səhlab Bağırov məlumat verib. Onun sözlərinə görə, hər il olduğu kimi, bu il də bununla əlaqədar BŞBPİ tərəfindən xüsusi tədbirlər planı hazırlanıb.

Tədbirlər planına əsasən, mayın 31-də paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq. Paytaxtda fəaliyyət göstərən bütün məktəblər polisin nəzarətinə götürüləcək, orta məktəblərin yerləşdiyi ərazilərdə polis naryadlarının sayı artırılacaq və «Son zəng»lə bağlı tədbirlərin məktəblərin ərazisindən kənarda keçirilməsinə imkan verilməyəcək.

S. Bağırov «Son zəng» günü paytaxtda təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkil olunacağını, ictimai asayişin tam təmin ediləcəyini bəyan edib.
XS
SM
MD
LG