Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:37

İ. Əliyev: Azərbaycan-ABŞ tərəfdaşlığı artıq sınaq dövründən çıxıb


İlham Əliyev

İlham Əliyev

-

Azərbaycan-ABŞ tərəfdaşlığı artıq sınaq dövründən çıxıb. Bunu prezident İlham Əliyev mayın 29-da bir qrup ABŞ konqresmeninin şərəfinə verilən işçi lançda deyib.
Prezident bildirib ki, Azərbaycan və ABŞ həqiqi və etibarlı dostlardır.

İlham Əliyev iki ölkə arasında dostluq münasibətlərinin uğurla davam edəcəyinə əminliyini bildirib. Qeyd edib ki, Azərbaycan ilə ABŞ arasında tərəfdaşlıq əlaqələrinin böyük tarixi ənənələri var. Müxtəlif sahələrdə, o cümlədən, qanunverici və icraedici orqanlar arasında əlaqələrin ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi işinə təkan verəcəyinə ümid etdiyini deyib. Daha sıx əməkdaşlığın qurulmasına qarşılıqlı marağın olduğunu vurğulayıb.

ABŞ senatoru Richard Lugar deyib ki, «Gələcəyə baxış» Azərbaycan-ABŞ Forumu əlaqələrin daha da inkişaf etdirilməsi baxımından yeni bir təcrübədir. Lugar ABŞ-Azərbaycan dostluğunun daha da möhkəmlənəcəyinə əminliyini bildirib.

Xəbəri president.az saytı yayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG