Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:16

6 milyard dollarlıq fırıldağın üstü açılıb


Money laundering generic
Money laundering generic
6 MİLYARD DOLLAR

ABŞ hüquq-mühafizə orqanları virtual valyuta - onlayn köçürmələrlə məşğul olan Liberty Reserve şirkətini kriminallar üçün pul yumaqda ittiham edib. Mayın 29-da irəli sürülən ittihama görə, Liberty Reserve şirkəti 55 milyon qanunsuz əməliyyatla cinayət yolu ilə əldə edilən azı 6 milyard dolları rəsmiləşdirməyə kömək edib.

Prokuroru Preet Bharara deyir ki, bu, bugünə kimi ABŞ-da üzləşdikləri ən iri pulyuma əməliyyatıdır:

“İddiaya görə, Liberty Reserve virtual valyuta vasitəsiylə qanundankənar yolla əldə elədikləri vəsaitləri gizlətmək və sonra rəsmiləşdirməkdə maraqlı olan kriminal qrupları cəlb eləyib və onlara xidmət göstərib. Bu qrupların əsas gəlirləri kredit kartı fırıldaqları, kimlik bilgilərinin oğurlanması, investisiya fırıldaqçılığı, kompyuter hakerliyi, uşaq pornoqrafiyası və narkotik satışından olub”.

Liberty Reserve şirkətinin bütün dünya üzrə 1 milyon istifadəçisi var, onlardan 200 minə qədəri ABŞ vətəndaşlarıdır.


PULLAR NECƏ YUYULUB?

İddiaya görə, Kosta-Rikada qeydiyyatdan keçən şirkətin əsas işi uşaq pornoqrafiyası, kredit kartı fırıldağı və narkotik trafikindən gələn pulları idarə etmək olub. Şirkət pulları yumaq – yəni rəsmiləşdirməkdən ötrü yerli hökumətlərin də xəbəri olmadan hesabdan-hesaba köçürürmüş.

Libert Reserve bu fırıldaqlardan ötrü yerli hökumətlərin buraxmadığı və bu üzdən Milli Bankların nəzarət etmədiyi virtual valyutadan, və ya elektronik puldan istifadə edib. Şirkət ABŞ-da qeydiyyatdan keçmədiyindən müştərilərinin də kimliyi ilə maraqlanmayıblar. İstənilən şəxs istədiyi ad altında burada hesab aça bilərdi. Sonra isə əsl pul qarşılığında virtual pulu əldə eləyə, və ya əksinə virtual pulu real pula çevirə bilərdi. Müştərilərinin kimliyi gizli qaldığından bu xidmət qısa zamanda kriminallar arasında populyarlıq qazanıb.


TUTULANLARIN ÇOXU KEÇMİŞ SSRİ-DƏN OLANLARDIR

Faktla bağlı 7 nəfərə ittiham irəli sürülüb. Əksəriyyəti keçmiş SSRİ-dən olanlardır. Şirkətin təsisçisi, əslən Ukraynadan olan Artur Budovski, müavini Azzedine El Amine və başqa 3 nəfər İspaniyada həbs ediliblər.

Vladimir Kats və Mark Marmilev Nyu-Yorkda, Rusiyalı Maksim Çukarev isə Kosta-Rikada tutulublar. 2 nəfərin də axtarışları davam edir.

ABŞ hüquq-mühavizə orqanları şirkətin ofislərində axtarış aparıb, internet saytlarını bağlayıb və bank hesablarını dondurublar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG