Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:09
Rusiya BMT-nin insan haqları şurasında müzakirə ərəfəsində Suriya hakimiyyətini ittiham edən qətnamə layihəsini kəskin tənqid edib.

Sənəddə söhbət Suriya rejiminin üsyançılarla müharibədə Livandakı Hizbullah qrupundan istifadə etməsindən gedir.
ABŞ, Türkiyə və Qədərin təklif etdikləri layihədə bunun regionda sabitliyə ciddi təhlükə olduğu bildirilir.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov həmçinin Avropa Birliyinin Suriya üsyançılarına silah embarqosunu ləğv etməsini pisləyib, bunun Suriya ilə bağlı beynəlxalq konfransın reaqllaşmasına ciddi əngəl olduğunu bildirib.

Qeyd edək ki, Vaşinqtonla Moskva bu yaxınlarda münaqişə tərəflərinin iştirakı ilə Suriya ilə bağlı belə bir konfrans keçirilməsini təklif ediblər.

Suriya müxalifəti isə bu arada Avropa Birliyini tezliklə üsyançılara müasir silahlar göndərməyə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG