Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:00
-
Azərbaycan alimi, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullaya Sofiya Universitetinin ali mükafatı – «Mavi lent fəxri nişanı» («Honorary blue ribbon insignia») təqdim edilib.

Xəbəri AzadlıqRadiosuna Kamal Abdulla verib.

Mükafat tanınmış alimə Bolqarşünaslıq üzrə III Beynəlxalq Konqresin rəsmi açılış mərasimindən sonra verilib.

Mayın 24-də Sofiyada baş tutan mərasimə Bolqarıstan prezidenti Rosen Plevneliyev də qatılıb.

Mükafatın verilməsi haqqında qərar ötən il həmin universitetin 19 dekabr 2012-ci ildə keçirilmiş Elmi Şurasının toplantısında qəbul edilmişdi.

Bolqarıstanın ilk ali təhsil ocağı, Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti bu il özünün 125 illik yubileyini qeyd edir.

Mayın 23-dən 26-dək keçirilən Bolqarşünaslıq üzrə III Beynəlxalq konqres bu şanlı tarixə həsr olunub.

Forum Bolqarıstan prezidenti Rosen Plevneliyevin himayəsi və YUNESKO-nun dəstəyi ilə keçirilib.

Forumun işində Avropa, Asiya və Amerikadan dəvət edilmiş 500-dən çox görkəmli alim iştirak edib.

Səfər çərçivəsində BSU-nun rektoru prof. Kamal Abdulla ilə Sofiya Universitetinin rektoru prof. İ.İlçev arasında Kliment Orxidski adına Sofiya Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin yaradılması ilə bağlı saziş imzalanıb.

Kamal Abdullanın fikrincə, Mərkəzin fəaliyyətə başlaması Azərbaycan dili və mədəniyyətinin Avropada təbliği və tanınması sahəsində mühüm rol oynayacaq.

BSU-nun «Xarici ölkələrdə Azərbaycanşünaslığın inkişafı» proyekti çərçivəsində Rusiya, Ukrayna və Belarusun bir sıra ali təhsil ocaqlarında yaradılmış Azərbaycan dili və mədəniyyəti mərkəzləri uğurla fəaliyyət göstərir.

Sofiya Universitetindəki Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi isə Balkanlarda yaradılmış ilk qurum olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG