Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:08

Əfqanıstandakı Britaniya ordusunun əlində 80-90 arası məhbus var


Foto arxiv
Foto arxiv
Əfqanıstanın Helmand əyalətindəki hərbi bazada 80-90 arası məhbus saxlanılır.
Bu baza Britaniya hərbçilərinin nəzarətindədir.

BBC-nin məlumatına görə, onlar yaraqlılarla əlbir olmaqda ittiham olunurlar.
Vəkillər onların arasında yeniyetmələr də olduğunu və 14 aydır ki, heç bir ittihamsız həbsdə saxlandıqlarını xəbər verir.
Vəkillər Britaniyanın ali məhkəməsini onları azad etməyə çağırıblar.

Britaniyanın müdadfiə naziri Filip Hemmond (Philip Hammond) faktı təsdiqləyib, amma qeyd edib ki, onların azad edilməsi Əfqanıstandakı Britaniya əsgərlərinə təhlükə ola bilər.

Vəkillərin sözlərinə görə onlar Helmand və Qəndəhar əyalətlərində keçirilən reydlər zamanı həbs ediliblər.

Britaniya əsgərləri şübhəliləri 4 sutka saxlaya bilər, amma istisna hallarda bu müddət uzun ola bilər.

Kemp Bastion Britaniya ordusunun Əfqanıstandakı əsas bazasıdır.
XS
SM
MD
LG