Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:34

Çiçi sakinlərinə kompensasiya verilə bilər


Arxiv foto
Arxiv foto
-

«Mayın 19-da yağan güclü yağış nəticəsində Çiçi kəndinə dəymiş zərər aradan qaldırılır. Kənddə ağır texnika bərpa işlərini davam etdirir. Adamlar evlərinə qayıdıb», bunu AzadlıqRadiosuna Qubanın fövqəladə hallar komissiyasının sərdi Yusif Abidov deyib.

Mayın 19-da Qubaya yağan yağış nəticəsində Vəlvələçay, Nohurdüzü və Cimiçayda suyun səviyyəsi 20-25 sm artıb. Həmin ərazilərdə təhlükəli vəziyyət yaranıb. Ağçayda suyun artması Tülər kənd sakinlərinin evlərinə qayıtmasını müvəqqəti əngəlləyib.

Komissiya sədrinin sözlərinə görə, yağış sularının zərəri barədə Fövqəladə Hallar Nazirliyinə müraciət olunub:

«Yağış kəsiləndən sonra sular çəkilib. Sakinlər hazırda öz evlərindədir. Ən çox zərər bir tövləyə dəyib. Müraciət etdik, gəlib əmlaka baxış keçirəcək, siyahıya alacaqlar. Komissiya aktlaşdırsa, həmin ailələrə dövlət kömək göstərəcək».

Yusif Abidov selin zərər vurduğu kəndarası körpülərin də bərpa olunduğunu bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG