Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:36
Pakistanın şimal-qərbində pilotsuz təyyarənin keçirdiyi əməliyyat nəticəsində azı 6 yaraqlının öldüyü xəbər verilir.

Yerli mənbələr və Talibanın məlumatına görə, Pakistan taliblərinin ikinci komandiri Wali Rahman Mehsud da ölənlər arasındadır.

Miranşah şəhərindəki evlərdən birinə 2 raket buraxıldığı bildirilir.
Bu bölgə Əfqanıstan sərhəddinin yaxınlığında yerləşir.

Pakistan xarici işlər nazirliyinin adı çəkilməyən nümayəndəsi bu əməliyyatı ittiham edib.
Pakistan rəhbərliyi dinc sakinlərin də öldüyü bu cür əməliyyatlara ölkənin suverenliyinin pozulması kimi baxır.

ABŞ isə bunu radikal islamçılarla mübarizədə effektli vasitə hesab edir.
XS
SM
MD
LG