Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:19

R. Kobia: AB ilə viza sadələşdirilməsi ilə bağlı saziş payızda imzalanacaq


Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı saziş bu ilin noyabr ayında imzalanacaq.

APA-nın məlumatına görə, bu barədə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia bildirib.

Onun sözlərinə görə, bu ilin noyabr ayında Litvanın paytaxtı Vilnüsdə Avropa Birliyi və «Şərq Tərəfdaşlığı» proqramına daxil olan ölkələrin dövlət başçılarının sammiti keçiriləcək.

Sammitdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edəcək və adıçəkilən sazişlər də həmin tədbirdə imzalanacaq:

«Vizaların sadələşdirilməsi üzrə sazişlərin imzalanması Azərbaycanla Avropa Birliyi arasında münasibətlərin əyani sübutudur. Azərbaycan vətəndaşları üçün viza proseslərinin sadələşdirilməsinə artıq bir neçə ay qalır».

Günün bütün mövzuları

XS
SM
MD
LG