Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:06
-

Mayın 29-da Abşeron rayon Məhkəməsinin qərarı ilə Müsavat başqanının müşaviri Mustafa Hacıbəyli 15 sutkalıq həbs olunub.

Bu barədə AzadlıqRadiosuna Müsavat başqanının müavini Gülağa Aslanlı məlumat verib. Onun sözlərinə görə, məhkəmə qapalı keçirilib deyə, prosesdə baş verənlərdən xəbərləri yoxdur:

«Ancaq onu bilirik ki, Musata Hacıbəyli dünün – mayın 28-də Novxanıda keçirilən görüşdən sonra polislər tərəfindən saxlanıb. Məhkəmədə onu saxlayan polislər yox, başqaları şahid kimi dindirilib. Guya Mustafa Hacıbəyli onlara qarşı nalayiq sözlər işlədib, buna görə də onu saxlayıblar. Məhkəmə M. Hacıbəylini xırda xuliqanlıq törətməkdə təqsirli bilərək, 15 sutkalıq həbs edib».

Gülağa Aslanlı bildirib ki, Abşeron məhkəməsinin bu qərarından Apellyasiya şikayəti veriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG