Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:56

İyunda vakant yerlərə müəllim qəbulu başlayır


Yeni tədris ili üzrə ümumi təhsil müəssisələrində və peşə liseylərində vakant müəllim yerləri haqqında məlumatların toplanmasına 2013-cü ilin iyun ayının ikinci yarısından başlanılacaq.

APA-nın Təhsil Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, məlumatlar təhlil edildikdən sonra vakant yerlər elan ediləcək:

«Əvvəlki illərin nəticələri deməyə əsas verir ki, kənd məktəbləri üzrə ən çox Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, informatika, xarici dil, kimya, biologiya, fizika və coğrafiya müəllimi ixtisaslarından vakant yerlərin olacağı gözlənilir.

2013-2014-cü tədris ili üzrə müəllimlərin işə qəbulu qaydalarına hazırda baxılır.

Qaydalara hər hansı dəyişiklik edilməsi nəzərdə tutularsa, bu barədə ictimaiyyətə məlumat veriləcək», deyə məlumatda bildirilir.
XS
SM
MD
LG