Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:13

Rüşvət videosuna görə 5 yol polisini işdən qovuldu


Rusiyada yol polisi sürücüdən rüşvət alarkən çəkilmiş videodan görüntü.

Rusiyada yol polisi sürücüdən rüşvət alarkən çəkilmiş videodan görüntü.

-


Rusiya Daxili İşlər Nazirliyinin Krasnodar vilayətindəki rəhbərliyi yolda sürücülərdən rüşvət almaları ittihamı ilə 5 yol polisi əməkdaşının işdən qovulduğunu bildirir. Mayın 28-də yayılan rəsmi xəbərdə deyilir ki, həmin polis əməkdaşlarının rəisləri isə məsuliyyətdən yayınmaq üçün “xəstələnib”.

Amma Krasnodar polisi cinayət işi açıldığını, heç kimin müxtəlif tryiklarla məsuliyyətdən yaxa qurtara bilməyəcəyini qeyd edir.

Bu yaxınlarda YouTube portalına yerləşdirilən video-da yol polisi əməkdaşının yüksək sürətə görə saxladığı sürücüdən 500 rubl – təxminən 15 dollar rüşvət aldığı görünür. Videoya görə polis əməkdaşı bu sürücünün törətdiyi qayda pozuntusunun qanuni cəriməsinin daha yüksək olduğunu deyir və 500 rubl versə, bu pozuntuya göz yuma biləcəyini bildirir. Sonda da rüşvətini alır.

Videonu yerləşdirən müəllif iddia edir ki, sonda çəkildiklərini görən polis əməkdaşları mobil telefonu sürücünün əlindən almağa çalışıblar və mübahisədə onun maşınının qapısı əzilib.

Video bir neçə gün əvvəl YouTube-a yüklənib və artıq ona baxanların sayı 50 min nəfərə yaxınlaşır.

Qalmaqallı videonu buradan izlə.

Şərhləri göstər

XS
SM
MD
LG