Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:29

28 May köynəklərini paylamaq istəyən gənc saxlanıb


-
Mayın 28-də polis gənc fəal Fuad Hacıyevi saxlayıb.

Bu barədə «Facebook» səhifəsində məlumat yayan digər gənc fəal Nihad Hüseyn onun Bakının Səbail rayon Polis İdarəsinin 9-cu bölməsində saxlandığını yazıb.

Nihad Hüseyn AzadlıqRadiosuna bildirib ki, Fuad Hacıyev özü saxlanması haqda ona qısa mesajla xəbər ötürüb.

Nihad Hüseyn bildirir ki, gənclər 28 May - Respublika Günü münasibətilə hazırladıqları köynəkləri paylamaq istəyiblər. Fuad Hacıyev isə buna icazə almaq üçün polis bölməsinə müraciət edib və orda saxlanıb.

9-cu polis bölməsindən Fuad Hacıyevin orda olmasını nə təsdiq, nə təkzib etdilər. Bildirdilər ki, bununla bağlı DİN-in mətbuat xidmətinə müraciət edək.

28 May rəsmi iş günü olmadığı üçün nazirliyin mətbuat xidmətindən telefonlara cavab verən olmadı.
XS
SM
MD
LG