Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:53

Rusiya Avropa Birliyinin addımından narahatdır


Sergei Ryabkov
Sergei Ryabkov
Rusiya bəyan edib ki, Avropa Birliyinin Suriyaya silah embarqosunu götürməsi birbaşa Suriya ilə bağlı sülh konfransına pis təsir göstərəcək.

Avropa Birliyinin xarici işlər nazirləri bazar ertəsi Suriya müxalifətinə bitməkdə olan silah embarqosunu uzatmamaq razılığına gəliblər.

Rusiya xarici işlər nazirinin müavini Sergei Ryabkov Moskvanın bu addımdan təəssüfləndiyini bildirib.
O Avropa Birliyini prezident Bashar Assad rejiminə sanksiyaları qüvvədə saxlamaqla ikili standartlarda günahlandırıb.

Amma o ölkəsinin Suriya rejiminə S-300 raketləri göndərməsini müdafiə edib və bunun iki ölkə arasında imzalanmış rəsmi müqavilə əsasında həyata keçirildiyini bildirib.
O qeyd edib ki, bu Suriya münaqişəsində xarici müdaxiləyə qarşı sabitlik rolunu oynayır.
XS
SM
MD
LG